11:51, 15 Aprel 2017 (Şənbə) 133

Rusiyada qeyri-leqal kazinolara pul köçürmələri qadağan olunur

Rusiyada qeyri-leqal kazinolara pul köçürmələri qadağan olunur

Bakı. 15 aprel. / Rusiya Dövlət Duması ölkə banklarına fiziki şəxslərin hesablarından qeyri-leqal kazinolara pul köçürülməsini qadağan edən qanun layihəsini 1-ci oxunuşda qəbul edib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib ki, layihə ilk növbədə Rusiyadan kənarda fəaliyyət göstərən onlayn kazinolara pul köçürülməsinin qarşısını almaq məqsədi ilə hazırlanıb.

Xatırladaq ki, bir qədəv əvvəl nazir müavini bəyan etmişdi ki, Rusiyada azartlı oyunlara görə, vergidən yayınmanın illik həcmi 15 mlrd. rubla (təxminən 450 mln. manat) yaxındır. Hökumətin oyun biznesinə görə vergiləri 2 dəfə artırmaq niyyətində olduğu bildirilir. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";