03:39, 21 Aprel 2017 (Cümə) 59

Rusiyanın "Pobeda" loukosteri Türkiyəyə uçuşlara başlayır

Rusiyanın
/ DÜNYA

Bakı. 21 aprel. / Rusiyanın aşağıbüdcəli "Pobeda" aviadaşıyıcısı cümə günü Türkiyənin Alanya şəhərinə uçuşlara başlayır.

"Report" xəbər verir ki, bu, loukosterin Türkiyəyə ilk uçuşu olacaq.

Reyslər Vnukovo hava limanından "Boeing 737-800 New Generation" təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

"Pobeda" bundan əvvəl İstanbula uçuşlar planlaşdırsa da, Rusiyanın aviasiya rəhbərliyi buna müvafiq razılıq verməyib.

"Pobeda" Rusiyanın ilk loukosteridir. Hazırda 10-u beynəlxalq olmaqla 50-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir. Onların sırasında Azərbaycan da var.

Aviaşirkətin parkında 12 ədəd "Boeing 737-800" təyyarəsi mövcuddur.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";