08:40, 28 Aprel 2017 (Cümə) 132

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq
/ İDMAN
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "Bakı Marafonu 2017”də iştirak edəcək.

Sport7.az layihənin rəsmi "Facebook” səhifəsinə istiandla xəbər verir ki, "Neftçi” komandasının yarımmüdafiəçisi marafona fəxri iştirakçı kimi qatılacaq.

Daha əvvəl millət vəkili Fuad Muradov, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, teleaparıcı Nuran Hacı, "Bu şəhərdə”nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, "Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal və müğənni Gülay Zeynallı "Bakı Marafonu 2017”də iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";