16:56, 18 Aprel 2017 (Çərşənbə axşamı) 143

Sankt-Peterburqda törədilən terrorun təşkilatçılarından biri günahını etiraf edib

Sankt-Peterburqda törədilən terrorun təşkilatçılarından biri günahını etiraf edib
/ DÜNYA

Bakı. 18 aprel. / Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri Əbror Əzimov günahını etiraf edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Moskvanın Basmann rayon məhkəməsində onun vəkili Armen Zadoyan bildirib. Vəkil detalları dəqiqləşdirməyib. 

Xəbərdə tezliklə şübhəlinin məhkəməsinin keçiriləcəyi bildirilib.  

Xatırladaq ki, bu il aprelin 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 1990-cı ildə Orta Asiyada anadan olan Əbror Axraloviç Əzimovu tutub. O, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından sayılır. Metrodakı terror nəticəsində 15 nəfər (terrorçu-kamikadze ilə birlikdə) ölüb, 50-dən çox insan yaralanıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";