15:48, 19 Aprel 2017 (Çərşənbə) 128

"Santyaqo Bernabeu"da rekordlar gecəsi

/ İDMAN
Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda baş tutan "Real" - "Bavariya" matçı marağı, gözəlliyi, baxımlılığı ilə yanaşı həm də rekordlarla zəngin oldu.

Sport7.az həmin matçda qeydə alınan rekordları təqdim edir.

- Görüşdə "het-trik"ə imza atan "Real"ın superulduzu Kristiano Ronaldo Çempionlar Liqasında 100 qol həddinə çatan ilk futbolçu oldu.

- "Real" üst-üstə 7 dəfə Çempionlar Liqasının yarımfinalına adını yazdıraraq bu yarışda yeni rekord müəyyənləşdirdi.

- Ronaldo Çempionlar Liqasında "Bavariya"ya vurduğu qolların sayını 9-a çıxardı. Buna qədər Messi də "Arsenal"a 9 qol vurmuşdu.

- "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski Çempionalar Liqasında 6-cı penaltisini (penaltilər seriyası istisnadı) də qola çevirdi və bu yarışda 100 faizlik seriyasını qorudu.

- Levandovski Çempionlar Liqasında "Real"a 6-cı qolunu vurmaqla bir ilk müəyyənləşdirdi.

- Arturo Vidal Çempionlar Liqasında "Bavariya"da 19-cu qırmızı vərəqə görən futbolçu oldu. Bu mənada almanlar, sadəcə, "Yuventus"dan (22 qırmızı vərəqə) geri qalır. 

- "Bavariya"nın "Santyaqo Bernabeu"da "Real"ın qarşısına çıxan ilk "11-liy"inin orta yaş həddi 30 il 116 gündü. Bu Çempionlar Liqasının ən yaşlı "11-liy"idi.

- "Bavariya" 2014-cü ilin aprelindən bəri ilk dəfə Çempionlar Liqasında iki oyunu da uduzaraq mübarizəni dayandırdı. Həmin vaxtda da rəqib "Real" idi və ümumilikdə iki oyunun nəticəsinə görə 0-5 uduzaraq mübarizəni dayandırmışdı.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";