15:36, 27 Aprel 2017 (Cümə axşamı) 114

“Səbail” yoldaşlıq oyunu keçirdi

“Səbail” yoldaşlıq oyunu keçirdi
/ İDMAN
"Səbail" futbol klubu cəmiyyət qarşısında sosial məsuliyyətini öndə tutaraq aprelin 26-da doğma meydanı Bayıl Arenada SOS uşaq kəndlərinin uşaqları ilə yoldaşlıq oyununu təşkil edib. 

Sport7.az xəbər verir ki, klubun 17 yaşlılardan ibarət komandası ilə SOS uşaq kəndlərinin Əhmədli qəsəbəsinin nümayəndəliyinin yeniyetmələri "Səbail”in doğma meydanında – "Bayıl Arena”da yoldaşlıq matçı keçirib. 

Səmimi idman mübarizəsi və dostluq şəraitində keçən görüş hər biri 25 dəqiqədən ibarət olmaqla iki hissə davam edib. Uşaq kəndinin yeniyetmələri etdikləri fintlər, vurduqları baxımlı qollar və mübarizələri ilə Səbail U-17-nin oyunçularını təəccübləndirməyi bacarıblar. Yoldaşlıq oyunu 8:8 hesablı sülh ilə başa çatıb.
Qeyd edək ki, "Səbail” I Divizionda göstərdiyi yüksək nəticələrlə yanaşı, cəmiyyət üçün sosial əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsinə də xüsusi önəm verir. 

Xatırladaq ki, Klub ötən ilin sonunda "Bayıl Arena”da yüzlərlə uşağı "Sehirli Yolka” şənliyi ilə sevindirmişdi. İlin əvvəlində isə əsas komandanın oyunçuları "Ümid Yeri” Uşaq Sığınacağında qonaq olmuşdu. 

Klub nümayəndəliyi bildirir ki, nəinki hansısa bir klub, hər bir insan valideyn qayğısından məhrum olan uşaqları tək qoymamalı, dəstəkləri ilə onların yanında olmalıdır. 

"Səbail” bütün futbol klublarını, idmançıları müntəzəm olaraq bu cür görüşlər keçirməyə çağırdı. Çünki həyat meydanında ən böyük qələbə bu uşaqların gözündə parıldayan ümid və hər görüşdə üzlərində yaranan təbəssümdür.

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";