17:49, 21 Aprel 2017 (Cümə) 119

"Seedstars World" müsabiqəsinin Azərbaycanda seçimləri keçiriləcək

Bakı. 21 aprel. / Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC mayın 3-də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, "Azercell", "PAŞA Bank" və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək. 

Şirkətdən "Report"a bildirilib ki, müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni "Seedstars Sammiti"ndə təmsil etmək və 1 mln. ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Müsabiqəyə qatılmaq istəyənlər www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, "Seedstars World" ən yaxşı startapları müəyyən etmək, onlara bu vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və "Seedstars" səfiri İmran Bağırov bildirib ki, bura sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır: "Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən "Seedstars Sammiti"nə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.

Qeyd edək ki, "Seedstars" inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";