11:36, 19 Avqust 2016 (Cümə) 215

Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.

Vəkil vəsatərində bildirib ki, qətlə yetirilən H.Cahangirovun kimlərə borcu olub-olmaması ilə bağlı lazimi qurunlara sorğu göndərib. Vəsatət təmin edilib.

Məhkəmə prosesi avqustun 30-da davam edəcək.

Xatırladaq ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü H.Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Mirzəyev həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

 


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";