BİŞDÜŞ
Sezar salatı Tarix : 08 İyul 2018, 17:27
Yazar : Qadinkimi.com

Lazım olan ərzaqlar:

1 dəstə kahı Toyuğun yarım döş əti, Süxari (təxminən 2-3 dilim çörəyin) 100-150 qr parmezan pendiri, duz, istiot. Sousu hazır da almaq olar, yaxud da özünüz hazırlaya bilərsiniz.  

2 ədəd yumurta, 100 q zeytun yağı, yarım limon, xardal 50 q parmezan pendiri, zövqə görə çerri pomidoru, 1diş sarımsaq

Hazırlanışı:

Əvvəlcə toyuğun döş əti doğranılıb qızardılır, duz istiot vurulur, sonra ayrı tavada süxari qovrulur, bunun üçün sarımsaq 2 yerə bölünüb tavaya sürtülür, bir az zeytun yağı əlavə edib süxari qovurulur. Sonra sous hazırlanır. Bunun üçün 2 ədəd yumurtanın üzərınə qaynar su əlvə edilib 2 dəq gözlənilir. Yumurtaların daha artıq bişməməsi üçün üzərinə soyuq su əlavə edilir. Yumurtalar blendrlə ağarıncaya qədər çalınır, sonra  limon suyu, xardal, zeytun yağı, parmezan pendiri əlavə edilib bərkiyənə qədər çalınır. Salatı yığmaq üçün siniyə əvvəlcə kahı yarpaqları düzülür, qeyd edim ki, kahı yarpaqları əl ilə doğranılır, və kahının ağ hissəsi acı olduğu üçün istifadə olunmur. Sonra növbə ilə süxari əlavə edilir, üzərinə bir az sous tokülür döş əti, sürtgəcdən keçirilmiş pendirin bir hissəsi, 2 yerə bölünmüş pomidor əlavə edilir və sous tokülür, sonda pendirin digər hissəsi salatın üzərinə səpilir. Qeyd edək ki, salatı çox saxlamaq məsləhət deyil. Yeməkdən bir az əvvəl hazırlamaq lazımdır.

Resepti təqdim etdi: Ruqiyyə xanım