08:45, 28 Aprel 2017 (Cümə) 115

“Şirvan Mehmanxana” səhmdarlarına hesabat verəcək

“Şirvan Mehmanxana” səhmdarlarına hesabat verəcək

Bakı. 28 aprel. / İyunun 14-də, saat 11:00-da “Şirvan Mehmanxana” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq mehmanxananın yerləşdiyi Şamaxı şəhəri, 24-cü məhəllə, Məşhədi Əzizbəyov küçəsi, 41 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatın müzakirə və təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Şirvan Mehmanxana” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197810 manatdır. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";