18:12, 11 Yanvar 2017 (Çərşənbə) 189

SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib

SOCAR-da müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib

Bakı.11 yanvar. / Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisin İnsan Resursları Departamentində 2017-ci ilin ilk təyinatları - ''Azneft'' İstehsalat birliyi, Neft Kəmərləri İdarəsi, Təhlükəsizlik İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlarla görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, elan olunmuş “Arxiv müdiri”, “Mühəndis (neftin nəqli üzrə)”, “Hüquq məsləhətçisi”, “Mühasib” (Salyan rayonu), “Usta” (Təmir-bərpa xidməti, Ağsu rayonu), “Qarovul rəisi”, “Boru kəmərləri şöbəsinin mühəndisi” və “Sənaye müəssisələrinin layihələndirilməsi şöbəsinin mühəndisi” vakansiyaları üzrə işə qəbul müsabiqəsindən uğurla keçmiş namizədlərə, o cümlədən, “Usta” (Təmir-bərpa xidməti, Kürdəmir rayonu), “Neft və qazçıxarma üzrə usta”, “Qarovul rəisi” vakansiyaları üzrə əvvəlki müsabiqələrdə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilmiş növbəti 3 nəfərə iş təklif olunub. 

Görüşdə çıxış edən İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edib və bildirib ki, Azərbaycan  Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən uğurlu siyasətin tərkib hissələrindən biri də işə qəbul prosesinin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun aparılmasını təmin etməkdir. SOCAR-da tələb olunan bilik və bacarığa malik kadrların işə qəbulu prosesinin şəffaf həyata keçirilməsi istiqamətində lazımi şərait yaradılır. Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən vətəndaşlar test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffaf keçirildiyini, neqativ halların baş vermədiyini bildirərək, yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə edib, göstərilmiş etimadı doğruldacaqlarını söyləyiblər.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";