14:14, 12 Yanvar 2017 (Cümə axşamı) 193

SOCAR istiqrazları üzrə faizlərin ödənişinə başlayır

SOCAR istiqrazları üzrə faizlərin ödənişinə başlayır

Bakı. 12 yanvar. / Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişinə başlayır. “SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata görə, nominal məbləği 1 000 dollar, illik gəlirliliyi 5% olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə (rüblük) ödəniləcək.

İlk faizlər yanvarın 17-dən ödəniləcək.

Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. İstiqraz sahibləri bu pulu istədikləri kimi istifadə edə, bank hesabında saxlaya, nağd formada çıxara, o cümlədən yeni istiqraz ala bilərlər.

Ümumi həcmi 100 mln. dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1,25 mln. dollar olmaqla, il ərzində ümumilikdə 5 mln. dollar faiz ödəniləcək.

Bu il növbəti faiz ödənişləri 2017-ci ilin aprelin 17-də, iyulun 17-də və oktyabrın 17-də həyata keçiriləcək.

"SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi - qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil, likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, *1999 Qaynar Xəttə və ya www.socaristiqraz.az saytına müraciət etmək lazımdır", - deyə məlumatda bildirilir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";