12:43, 31 Mart 2017 (Cümə) 104

Ukraynada partlayış olub, Təhlükəsizlik Xidmətinin polkovniki ölüb

Ukraynada partlayış olub, Təhlükəsizlik Xidmətinin polkovniki ölüb
/ DÜNYA

Bakı. 31 mart. / Ukraynanın Mariupol şəhərində mərkəzində avtomobilin partlaması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sədri Vasili Qitsak məlumat verib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb.

Xəbərdə bildirilib ki, UTX, prokurorluq və polisin istintaq-əməliyyat qrupunun əməkdaşları hadisə yerindədir. Onlar hadisənin səbəbini aradırmağa çalışır.

Partlayış terror hadisəsi kimi dəyərləndirilir. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";