16:23, 21 Aprel 2017 (Cümə) 95

“Standard Insurance”in rəhbərliyi dəyişib

“Standard Insurance”in rəhbərliyi dəyişib

Bakı. 21 aprel. / “Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu vəzifəyə Oruc Heydərov gətirilib.

O, yeni vəzifəsində Fuad Xəlilovu əvəz edib. F.Xəlilov ötən ilin oktyabr ayından DŞ-ya rəhbərlik edirdi.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";