12:32, 27 Aprel 2017 (Cümə axşamı) 76

"Şübhəlidisə, həmin oyunla bağlı..." - Rəmiş Malıyev

/ İDMAN
"Turan Tovuz" birinci divizionda çempionluğu rəsmiləşdirəndən sonra bütün diqqətlər gümüş və bürünc medalların kimə qismət olacağına yönəldi. 

Sport7.az xəbər verir ki, gümüş medalları qazanmağa ən yaxın komanda məhz "Səbail"di. Sonuncu oyunda "Bakılı" ilə qarşılaşacaq "Səbail" böyük ehtimalla qələbə qaznaraq gümüş medalları boynundan asacaq. 

Amma 3-cü yer uğrunda isə "Ağsu" və "Qaradağ Lökbatan" arasında gərgin mübarizə gedir. Düzdü, "Səbail" məğlub olacağı və "Ağsu" ilə "Qaradağ Lökbatan" qələbə qazanacağı təqdirdə Elman Sultanovun komandası gümüş medallardan əlini üzməli olacaq ki, bu da çempionatın ən zəif komandalarından sayılan "Bakılı" qarşısında inandırıcı görünmür. Bu üzdən həm "Qaradağ Lökbatan" həm də "Ağsu" gözünü bürünc medallara dikib. Amma...

Dünən redaksiyamıza daxil olan məlumata görə "Şəmkir" sabahkı oyunda "Ağsu"ya 3 xalı "bağışlamağa" razılaşıb. Badri Kvaratsxeliyanın çalışdırdığı komandanın heç bir iddiası qalmadığından onlar "Ağsu"nun bürünc medallara yiyələnməsi üçün əllərindən gələni etməyə, müqavimətsiz təslim olmağa razıdılar. Bunun üçün həm də "Turan Tovuz"un "Qaradağ Lökbatan"ı büdrətməsi vacibdir. Mənbəmiz də hadisələrin məhz bu ssenariylə cərayan edəcəyini bildirir. Bir sözlə, əyalət təmsilçiləri Lökbatan komandasının bürüncsüz qalması üçün birləşiblər.

Bu üdən AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxlayıb oyun alqı-satqısı ilə bağlı yaradılan komissiyanın bu matça diqqət ayırıb ayırmayacağını soruşduq. Rəmiş bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Bu komissiya birdəfəlik iş üçün yaradılır. Yəni gündəlik hər bir oyunun müşahidəsi yoxdu. Faktlar əldə olunduqda oyunu nəzarətə götürürlər. Bizə bu məsələlərlə bağlı siqnal gələndə nəzarət edirik. Ümumilikdə onu bildirim ki, növbəti mövsümdən bu məsələləri minimuma endirəcəyik. Düzdü, qərar qəbul etmişik. Amma manipulyasiyalar davam edir. Artıq çox ciddi məsələdi və UEFA-nın nəzarətindədi. Keçən həftə qurumun tədbirində iştirak etdim. Çox ciddi nəzarət edirlər belə məsələlərə. Onların bizə göndərdiyi sənəd UEFA və İdman Arbitraj Məhkəməsi tərəfindən təsdiq olunmuş haldadı. Amma bunun tam kökünü kəsmək də mümkün deyil.

"Şəmkir" - "Ağsu" oyunu ilə bağlı məlumat daxil olmayıb. Bilirsiz necədi, biz ictimai birlik sayılırıq. Hüquq Mühafizə Orqanı deyilik ki, 102-yə zəng etsinlər, dərhal hadisə yerinə polis göndərilsin. Oyun bu gündü. Operativ reaksiya vermək mümkün deyil. Onsuz da, şübhəlidisə, həmin oyunla bağlı UEFA-nın hesabatı gələcək. Biri var komandalar arasında nəticə ilə bağlı danışıqlar olsun və oyuna pul qoyuluşu edilməsin. Burda məqsəd pul qazanmaq deyil, idman prinsiplərinin pozulmasıdı. İstənilən halda bu da qanunsuzdu. Belədisə, UEFA-dan bizə hesabat gəlməyəcək. Amma pul qoyuluşu olan bütün oyunlarla bağlı qurum tərəfindən məlumat verilir. Yəni bizə yalnız pul qoyuluşu ilə bağlı məlumatlar gəlir. İdman nəticəsi ilə bağlı danışıqlar olubsa... Yenə deyirəm, biz ictimai birlik sayılırıq və bununla mütəmadi məşğul olan 2-3 nəfər var. Amma deyə bilərəm ki, növbəti mövsümdən bu minimuma düşəcək".

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";