13:00, 12 Yanvar 2017 (Cümə axşamı) 122

Sumqayıtda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin cinayət işi yenidən prokurorluğa göndərilib

Sumqayıtda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin cinayət işi yenidən prokurorluğa göndərilib
/ ÖLKƏ

Bakı. 12 yanvar. / Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatətlə çıxış edib.

Prokuror çıxışında cinayət işinin məhkəmə baxışına xitam verilməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən araşdılması üçün Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, ötən il K.Quliyev Rahib Zeynalovla dava edib. Nəticəsində R.Zeynalov ağır xəsarətlər alaraq, xəstəxanaya aparılıb. Onun şikayəti əsasında K.Quliyev saxlanılıb. Daha sona Sumqayıt Şəhər Prokurorluğunda K.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. İş prokurorluqda araşdırılan zaman R.Zeynalov xəstəxanadan evə çıxarılıb. Daha sonra cinayət işi yekunlaşdırılıb, məhkəməyə göndərilib. Həmin vaxt R.Zeynalov dünyasını dəyişib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";