11:17, 11 Yanvar 2017 (Çərşənbə) 98

Tanınmış Türkiyə yazıçı Hikmet Anıl Öztekinin Bakıda keçiriləcək seminarı və imza saatının vaxtı dəyişdirilib

Tanınmış Türkiyə yazıçı Hikmet Anıl Öztekinin Bakıda keçiriləcək seminarı və imza saatının vaxtı dəyişdirilib

Bakı. 11 yanvar. / Bakıda “Badamdar Hotel”də “Kitab Dünyası”nın (kitabdunyasi.com) təşkilatçılığı ilə ötən il dekabrın 25-də keçirilməsi nəzərdə tutulan Hikmet Anıl Öztekinin seminarı və imza saatının vaxtı dəyişdirilib. “Report” xəbər verir ki, seminar aprelin 2-də baş tutacaq.

Tədbirdə iştirak etmək istəyənlər biletləri “Tələbə Dünyası”nın ofisindən (Caspain Plaza 3-cü blok, 10-cu mərtəbə, tel : (+994 12) 404 75 35, mob: (+994 55) 518 11 61, e-mail: [email protected], web: kitabdunyasi.com) əldə edə bilərlər. 

Biletin qiyməti 15 manatdır. Yalnız bakalavr tələbələri üçün bilet 10 manat təşkil edir. Biletlərə sadəcə seminarı dinləmək daxildir. Kitabların satışı ayrı olacaq.

“Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Qeyd edək ki, Hikmet Anil Öztekin - Türkiyənin Trabzon şəhərində anadan olub. O, İstanbul Teknik Universiteti Gəmi Mühəndisliyi bölümünün məzunudur. Yazıçının “Elif gibi Sevmek - 1” kitabı 600 min nüsxə, “Elif gibi Sevmek- 2” 400 min nüsxə, “Eyvallah -1” 300 min nüsxə, “Eyvallah -2”nin ilk nəşri 250 min nüsxədə çap olunub.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";