10:00, 19 Dekabr 2016 (Bazar ertəsi) 168

Telefona gələn reklam mesajlarından bezənlər OXUSUN!

Telefona gələn reklam mesajlarından bezənlər OXUSUN!
/ TEXNO
Yəqin ki, çox az adam tapılar ki, telefonuna gün ərzində ən azı 2-3 reklam mesajı gəlməsin. Hələ bu reklamlar hər gün təkrarlanırsa və gecənin bir yarısında, səhərin sübhündə gəlirsə, əsəbləşməmək olmur. Çox zaman bununla bağlı mobil operatorların qaynar xəttinə edilən şikayətlər belə, cavabsız qalır. 

Bəs bezdirici reklam mesajlarından yaxa qurtarmaq üçün nə etmək lazımdır? Milli İnternet Forumun prezidenti Osman Gündüz İnterAz-a bildirib ki, mobil operator heç öz xidmətlərini də günün istənilən vaxtı abunəçiyə göndərə bilməz.

"Mobil operator deyə bilər ki, mən müqavilədə qeyd etmişəm və müştəri qol çəkib. Xeyir, bunu əsas gətirərək abunəçini gecə vaxtı narahat etmək düzgün deyil.  "Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla vətəndaşların hüquqları qorunur. Abunəçi mobil telefonuna başqa şirkətlərdən reklam mesajları gəldiyi zaman məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər" -deyə forum prezidenti qeyd edib.