BİŞDÜŞ
Tiramisu hazırlanma qaydası və resepti Tarix : 08 İyul 2018, 17:31
Yazar : Qadinkimi.com

İtaliya mətbəxinin ən məşhur və olduqca asan deserti sayılan Tiramisu reseptini təqdim edirik. 

Lazım olan ərzaqlar: 1 paket Savoyardi peçenyesi (qadın barmağı) 

Krem 2 üsulla hazırlanır. 1- ci üsul üçün: 3 yumurta 200 qr adi qaymaq, 6 x.q şəkər tozu, 500 qr maskarpone, ya da labne pendiri 2- ci üsul üçün: 3 stəkan sud, 3 yumurta, 3 x.q un 1 st. şəkər tozu 1 paket vanil Peçenyeni islatmaq üçün: 1 st. süd və ya su, 1 x.q kofe, 1 x.q şəkər tozu üzərini bəzəmək üçün kofe

Əvvəlcə 1- ci üsulla krem hazırlayırıq. Bunun üçün 3 yumurta ağını sarısından ayırırıq. Sarının üzərinə 3 x.q şəkər tozu əlavə edib bərk kütlə əmələ gələnə qədər mikserlə çalıriq, sonra üzərinə qaymaq əlavə edib taxta qaşıq, ya da spatula yardımı ilə qarışdırırıq, üzərinə maskarpone, ya da labne pendiri əlavə edib eyni cinsli kütlə alınana qədər yenidən qarışdırırıq. Sonra başqa bir qabda 3 yumurtanın ağını, 3 x.q şəkərlə beze alınana qədər çalırıq. Sonda çaldığımız yumurta ağını yumurta sarısı ilə qaşıq yardımı ilə qarışdırırıq.

2- ci üsul kremi hazırlamaq üçün dərin tavaya 3 yumurta, 3x. un, 1 st şəkər t. 3 st. sud əlavə edib yaxşıca qarışdırırıq. Sonra sobada zəif odda kütlə bərkiyənə qədər bişiririk. Soyuduqdan sonra maskarpone, və ya labne pendiri əlavə edib taxta qaşıqla qarışdırırıq. Peçenyeləri islatmaq üçün dərin boşqaba su və ya süd töküb üzərinə kofe və şəkər t. əlavə edib qarışdırırıq. Sonra yaxşı olar ki, hər hansı düzbucaqlı formaya əvvəl krem çəkib üzərinə hər iki tərəfi isladılmış peçenyeləri düzürük və üzərinə krem çəkirik. Bu prosesi bir neçə dəfə təkrar edib üzərıni krem və kakao tozu ilə zövqə görə bəzəyirik.

Qeyd edək ki, hər 2 üsulla da çox ləzzətli alınır. Nuş olsun!

Resepti təqdim etdi: Ruqiyyə xanım