21:31, 11 Yanvar 2017 (Çərşənbə) 96

Trampın mətbuat konfransı qalmaqalla başladı

Trampın mətbuat konfransı qalmaqalla başladı
/ DÜNYA
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın mətbuat konfransı ona qarşı səsləndirilən komromatdan başlayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib. 

Tramp yayılan xəbərləri cəfəngiyat adlandıraraq,  adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.

Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib. 

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";