13:18, 21 Aprel 2017 (Cümə) 59

Türkiyə: Çinlə ticarət münasibətləri hazırkı şəkildə davam edə bilməz

Türkiyə: Çinlə ticarət münasibətləri hazırkı şəkildə davam edə bilməz

Bakı. 21 aprel. / "Çin ilə ixrac və idxal həcmi arasında 10 dəfə fərq mövcuddur və bu, belə davam edə bilməz". "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Ankarada keçirilən konfransda çıxış edib. 

Nazir bildirib ki, Çinin Türkiyənin kənd təsərrüfatı mallarına qəbul edilməsi mümkün olmayan maneələr və viza problemləri yaratması ticarət münasibətlərinə zərər verəcək. N.Zeybəkçi Çindən 25 mlrd. ABŞ dolları həcmində idxalın həyata keçirilməsinə qarşı olmadığını, amma ölkəsinin də ixrac edə bilmək istədiyini vurğulayıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";