19:08, 19 Aprel 2017 (Çərşənbə) 163

Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib

Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib
/ DÜNYA

Bakı. 19 aprel. / Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı iclası keçirilib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, yığıncaqda şikayətlər əsassız sayılıb. Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib.  

Qeyd edək ki, Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokrat Partiyası (HDP) və Vətən Partiyası aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";