20:18, 17 Aprel 2017 (Bazar ertəsi) 201

Türkiyə səfirliyinin yeni müşaviri Abel Məhərrəmovla qohumdur

Türkiyə səfirliyinin yeni müşaviri Abel Məhərrəmovla qohumdur
/ ÖLKƏ

Bu günlərdə Türkiyənin Azərbaycandakı səfirliyində mədəniyyət və turizm müşaviri vəzifəsinə təyinat alan İrfan Çiftçi Azərbaycan kökənlidir.

Modern.az saytının məlumatına görə, Türkiyənin Qars şəhərində doğulan İrfan Çiftçinin babaları ora vaxtilə Azərbaycandan köçüblər. Onun hətta Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla qohym olduğu da bildirlir.

İrfan Çiftçinin dostu, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a açıqlamasında türkiyəli müşavirin Azərbaycan kökənli olduğunu, onu Abel Məhərrəmovla qohumluq telləri bağladığını təsdiqləyb. Bildirib ki, İrfan Çiftçi ilə Abel Məhərrəmovun babaları əmiuşağıdırlar.

İrfan Çiftçinin uzun illərdir Azərbaycan ədəbi ictimaiyyəti ilə yaxından dost oluğunu vurğulayan R.Məcidun sözlərinə görə, mədəniyyət və turizm müşaviri iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verib. "Biz bu təyinatdan çox məmnunuq. İrfan Çiftçi ilə məni 30 illik dostluq birləşdirir. O, Azərbaycan mədəniyyətinin, türk mədəniyyətinin mükəmməl bilicisidir. Hələ İstanbulda çalışarkən mən onu Azərbaycanın əksər media rəhbəri ilə tanış etmişəm. Tam əminəmki, İrfan bəyin Azərbaycanda çalışması böyük nəticələr verəcək".

İrfan Çiftçi hələ 1996-cı ilin martında İstanbuldakeçirilmiş Azərbaycan mədəniyyət günlərinin təşəbbüskarı və təskilatçıçı olub. Onlarla bu kimi tədbirlərin təşəbbüskarı olub.

Türkiyənin hazırki prezidenti R.T.Ərdoğan İstanbulun bələdiyyə başqanı olduğu dönəmdə İrfan Çiftçi onun yanında mədəniyyət sahəsinə məsul şəxs idi.

Qaynar.Az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";