12:05, 20 Yanvar 2016 (Çərşənbə) 1321

"Twitter"in səhmləri aşağı düşüb

/ TEXNO

Nyu-York Fond Birjasında "twitter" şirkətinin səhmləri xidmətin fəaliyyətində yaranmış qlobal problemlərlə bağlı xəbərlərdən sonra təxminən 7% dəyərsizləşib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu keçirilmiş hərraclar sübut edir.

Belə ki, əsas hərrac sessiyasının yekununa əsasən, şirkətin səhmləri 6,97% ucuzlaşaraq, bir səhmin dəyəri 16,69 dollara düşüb. "Twitter"in qiymətli kağızlarının dəyərdən düşməsi halı son 11 hərracın 10-da müşahidə edilib. Bu müddət ərzində o, 27% ucuzlaşıb.
365.Az

 


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";