09:18, 21 Aprel 2017 (Cümə) 96

"UEFA başımızın üstünə "Demokl qılıncı" asdı" - Şenol Güneş

/ İDMAN
"Lion"la oyundan sonra "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş jurnalistlərin suallarını cavablandırıb.

Sport7.az
xəbər verir ki, çalışdırıcı üzgün olduğunu gizlətməyib: 

"Ölkəmizi və "Beşiktaş"ı ən yaxşı səviyyədə təmsil etməyə çalışdıq, əlimizdən gələni etdik. Başımız dikdi. Çempion olmaq və Çempionlaq Liqasında daha yaxşı nəticələr qazanmaq əsas məqsədimizdi.

İki oyunun nəticəsindən əlavə bizə qalan "Demokl qılıncı" oldu. UEF onu başımızın üzərindən asdı. Artıq kiçik bir bəhanədən istifadə edib, bizi cəzalandıra bilərlər. Çalışmalıyıq ki, belə şeylərə çox enerji sərf etməyək, dava-dalaşdan, mübahisələrdən uzaq qalaq. Bizim işimiz futbol meydanlarındadı.

"Qalatasaray" və "Fənərbaxça" azarkeşlərinin bizim tərəfə söz atmalanı şərh etmək istəmirəm. Belə şeylər bizim səviyyəmizə uyğun deyil".

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";