01:13, 21 Aprel 2017 (Cümə) 97

Ukrayna münaqişə zonasında 2 hərbçisini itirib

Ukrayna münaqişə zonasında 2 hərbçisini itirib
/ DÜNYA

Bakı. 21 aprel. / Donbasın Avdeyevka şəhərində Ukrayna ordusunun mövqelərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində iki yerli hərbçi ölüb.

"Report" xəbər verir ki, bu barədə hərbi əməliyyatların mətbuat xidmətinin cümə axşamı "Facebook"da yaydığı məlumatda bildirilir.

Məlumata görə, separatçılar tanklardan, 82 millimetr ölçülü minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəş açıblar.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";