17:48, 21 Aprel 2017 (Cümə) 105

"William Hill": Azərbaycan "Eurovision-2017" müsabiqəsində qələbəyə 10 əsas namizəd arasındadır

Bakı. 21 aprel. / "William Hill" bukmeyker kontoru Azərbaycanı "Eurovision-2017" mahnı müsabiqəsini qazanmağa şanslı olanlar sırasında ilk onluğa daxil edib.

"Report" xəbər verir ki, Azərbaycan namizədlər siyahısında 21 əmsallaq 8-ci yerdə qərarlaşıb.

Bukmekerlər İtaliya təmsilçisi Françesko Qabbanini (2 əmsalla), Bolqarıstan nümayəndəsi Kristian Kostovu (6,50) və isveçli Robin Benqtssonu (9,0) qələbəyə daha çox şanslı hesab edirlər.

Bukmekerlərin proqnozuna görə, ən az qazanmaq şansı olan ölkələr San Marino, Sloveniya və İspaniyadır.

Qeyd edək ki, bu il "Eurovision" müsabiqəsi Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";