12:28, 12 Yanvar 2017 (Cümə axşamı) 173

Xırdalan işıqsız qalacaq

Xırdalan işıqsız qalacaq
/ ÖLKƏ

Xırdalan şəhəri və Saray qəsəbəsinin elektrik enerjisi sistemində yanvarın 12-si saat 12:00-dan 15:00-a qədər qısamüddətli fasilələr yaranacaq.

365.az xəbər verir ki, bu barədə report-a "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kV-luq "Hökməli" hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kV-luq "BQF" hava elektrik verilişi xəttində və 6 kV-luq "Saray №2" hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə, "Azərişıq" ASC abonentlərindən üzr istəyir.

365.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";