14:10, 28 Yanvar 2016 (Cümə axşamı) 1518

Yeni "iPhone"-un 3 kamerası olacaq - FOTO

Yeni

"Apple" şirkəti "iPhone 7 Plus" qurğusunun arxa hissəsinə iki foto obyektiv quraşdırmağı planlaşdırılır.


AzVision.az xəbər verir ki, bu barədə nüfuzlu `9to5Mac` portalı `KGI Securities` analiitik şirkətinə istinadən xəbər verir.


Yeni foto modul eyni zamanda çəkilən iki kadrın birləşdirilməsi yolu ilə fotoların keyfiyyətinin artırılmasına yardım edəcək. Bundan əlavə, smartfon ilk dəfə 2-3 dəfə obyektik yaxınlaşdırmağa imkan verən optik zoom-la da təchiz olunacaq.


Analitiklər bildirilər ki, gücləndirilmiş kamera yalnız 5,5 dyum-lük `iPhone 7 plus` modelinə quraşdırılacaq. 4,7 dyum ekrana sahib olacaq "iPhone 7" modelində bu kameranın quraşdırılması nəzərdə tutulmayıb.


"iPhone 7" və "iPhone 7 Plus" modellərinin bu ilin payız ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir.


365.Az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";