13:23, 27 Aprel 2017 (Cümə axşamı) 128

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb
/ İDMAN
Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü mayın 13-də Türkiyədə keçirəcək.

Sport7.az xəbər verir ki, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək.

Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq.

Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq. 

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";