11:34, 21 Aprel 2017 (Cümə) 91

"Zenit" rəhbərliyi Luçeskudan nə istəyib?

/ İDMAN
"Zenit" klubunun rəhbərliyi baş məşqçi Mirçey Luçeskuya ultimatum göndərməyib. 

Sport7.az xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin meneceri Arkadiy Zaporojan "Ziare"yə açıqlamasında məlumat verib. 

O, Sankt Peterburq təmsilçisinin rəhbərliyinin Luçeskuya güvəndiyini deyib. Hazırda klubun Çempionlar Liqasına düşməsi uğrunda mübarizə etdiyini deyən menecer, birincilik uğrunda mübarizənin hələ yekunlaşmadığını qeyd edib. 

Çempionatı lider olaraq başa vurmaq üçün "Spartak"ın "Rostov" və ÇSKA-ya ilə oyunda uğursuzluğa düşməsi lazımdır. 

Arkadiy Luçeskunun klubda heç bir futbolçu ilə ciddi konflikti olmadığını da vurğulayıb. 

Qeyd edək ki, Mirçey Luçesku 2016-cı ilin yayında "Zenit" ilə 2+1 illik müqavilə imzalayıb. 

Sport7.az




document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";