Stansiyanın piramidaşəkilli çıxışının ətrafında daş döşəmə çökmə nəticəsində dağılıb. Bu səbəbdən həmin ərazi lentlə hasara alınıb, daşlar tamamilə sökülüb.

Məsələ ilə bağlı Bakı Metropoliteninə müraciət etsək də, dəqiq və ətraflı cavab ala bilmədik. Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirdi ki, ərazidə baş verənlərdən xəbərsizdir.

Onun sözlərinə görə, çökmə yumşaq torpaq təbəqəsinin aşağı düşməsi nəticəsində ola bilər. N.Tanrıverdiyeva məsələ ilə bağlı aidiyyəti qurumlarla dəqiqləşmə aparmağı tövsiyə etdi.

Təəssüf ki, nə Bakımetrolayihə İnstitutundan, nə tikilən Metropoliten müdiriyyətindən məsələ ilə bağlı açıqlama ala bildik.

Qeyd edək ki, "Koroğlu" stansiyası yenidən qurulduqdan sonra 2011-ci il dekabrın 30-da istifadəyə verilib. (milli.az)