04:04, 26 İyul 2016 (Çərşənbə axşamı) 287

​Jurnalistlərin Müdafiə Komitəsi BMT yanında məsləhətçi statusu alıb

​Jurnalistlərin Müdafiə Komitəsi BMT yanında məsləhətçi statusu alıb
/ DÜNYA

Bakı. 26 iyul. / Baş ofisi Nyu-Yorkda yerləşən "Jurnalistlərin Müdafiə Komitəsi" Qeyri-Hökumət Təşkilatı (CPJ) BMT yanında məsləhətçi statusu alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq qərar BMT-nin İqtisadi və Sosial Şurasının sessiyası zamanı qəbul olunub.

Bu qərar sözügedən QHT-nin BMT ofislərində keçirilən müxtəlif tədbirlərdə iştirakına imkan verəcək.