Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal etdikləri Baş Qərvənd kəndi və keçmiş Gülçülük sovxozu ərazisində yanğınlar törədiblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, düşmən hərbçiləri nəzarətləri altında olan ərazilərə avqustun 7-si saat 1.00 radələrindən etibarən od vurmağa başlayıblar.

 Yanğın qısa müddət ərzində sürətlə genişlənib və bir neçə kilometr yayılıb.

 Alov səhər saatlarınadək müşahidə olunub.

 Düşmən tərəfi bu müddətdə həmin istiqamətdə atəşkəs rejimini bir neçə dəfə pozub. İşğal altında olan dağlıq ərazilərdə də yanğınlar müşahidə olunub.

Qaynar.info