27 Sentyabr Anım Günü ərəfəsində Yasamal rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
27 Sentyabr Anım Günü yaxınlaşarkən Yasamal rayon sakinləri Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitləri xatırlayıblar.
Bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə tədbiri həyata keçirilib.
Tədbirə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənəv rəhbərlik edib. Aksiyada ictimaiyyət nümayəndələri ilə yanaşı, qazi və şəhid ailələri də yaxından iştirak ediblər.
Tədbir çərçivəsində ərazidə müxtəlif növ ağaclar əkilib, əkilən ağaclar suvarılaraq lazımi aqrotexniki qulluqla təmin olunub.
Yeni əkilən ağacların gələcəkdə də suvarılması üçün müvafiq tədbirlər görülüb. Bundan əlavə, il boyu bu ağaclara nəzarət və qulluq göstərilməsi məqsədilə məsul şəxslər və qurumlar müəyyən edilərək təhkim olunub.