“Fənərbaxça”nın qapıçısı Mert Günok Türkiyə milli komandasındakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
“Fənərbaxça” klubunun qapıçısı Mert Günok Türkiyə yığmasında oynamağı dayandırdığını bildirib. Futbolçu bu qərarını öz Instagram səhifəsində paylaşdığı yazı ilə tərəfdarlarına çatdırıb.
Mert Günok 2012-ci ildən bəri Türkiyə milli komandasının formasını geyinirdi. Bu müddət ərzində o, millidə cəmi 37 oyunda meydana çıxmağı bacarıb.