Azərbaycan şairi Qulu Ağsəsin "Bircə rəng var – AG" adlı şeiri ABŞ-in Los-Anceles şəhərində fəaliyyət göstərən "Maskomania News" nəşrində işıq üzü görüb.
Tanınmış Azərbaycan şairi Qulu Ağsəsin "Bircə rəng var – AG" şeiri ingilis dilinə tərcümə olunaraq ABŞ-də çap edilib. Şeiri ingiliscəyə yazıçı və tərcüməçi Kamran Nəzərli çevirib.
"Maskomania News" özünü müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi təhlil platforması kimi təqdim etsə də, öz nəşrində mədəniyyət mövzularına da yer ayırır. Şeir bu nəşrdə "Ədəbiyyat qəzeti"nin 18 sentyabr 2026-cı il tarixli son sayına istinadla dərc olunub.
Bundan əvvəl, sentyabr ayında "Maskomania News" Qulu Ağsəs haqqında "A poet fits a world into few words" ("Az sözə bir dünya sığdıran şair") adlı məqalə dərc etmişdi. Həmin nəşr eyni zamanda şairin fəaliyyətinə həsr olunmuş ayrıca səhifə də yaradıb.