Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki bir fermada gözətçi işləyən 63 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.
Cəlilabad rayonunun Hamarqışlaq kəndində yerləşən fermada bədbəxt hadisə baş verib. Fermada gözətçi vəzifəsində çalışan Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
M.Bayramov döş boşluğundan ağır xəsarət alıb. Hadisədən dərhal sonra o, təcili tibbi yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına aparılaraq hospitalizasiya olunub.
Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Atəşin necə açıldığı və hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.