Azərbaycanda rəsmi fəaliyyət icazəsi olan plastik cərrahların sayı 46-dan 51-ə yüksəldilib.
Səhiyyə Nazirliyinin rəsmi internet saytında plastik cərrahiya sahəsində fəaliyyət göstərməyə icazəli mütəxəssislərin siyahısı yenilənib. Yeniləmədən sonra sistemdə qeydə alınan plastik cərrahların ümumi sayı artıb.
Əvvəllər bu bölmədə 46 plastik cərrah barədə məlumat yer alırdı. Yenilənmədən sonra həmin rəqəm 51-ə çatdırılıb, yəni siyahıya 5 yeni mütəxəssis əlavə olunub.
Dəyişiklik Səhiyyə Nazirliyinin saytındakı müvafiq bölmədə əks olunub və hazırda bu sahədə fəaliyyətə icazəsi olan həkimlərin sayı ictimaiyyət üçün açıq mənbədən izlənilə bilər.