Oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək böyüklər arasında dünya çempionatında Azərbaycanı 23 cüdoçu təmsil edəcək.
Bakı şəhəri oktyabrın 4-dən 11-dək cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək. İlin ən nüfuzlu yarışında ölkəmizi 12 çəki dərəcəsində cəmi 23 idmançı — 17 kişi və 6 qadın — təmsil edəcək.
Milli komandanın tatamiyə çıxışına performans direktoru, kişi yığmasının baş məşqçisi Riçard Trautman rəhbərlik edəcək. Ona böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç dəstək verəcək. Qadın komandasına isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar başçılıq edəcək.
Dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunacaq. Fərdi yarışlar oktyabrın 4-dən 10-dək davam edəcək, qarışıq komanda mübarizəsi isə oktyabrın 11-də baş tutacaq.
Dünya çempionatında ölkəmizi təmsil edəcək idmançıların siyahısı çəki dərəcələrinə görə aşağıdakı kimidir: