Bakı Avrasiya Universiteti (BAAU) İordaniya Haşimilər Krallığının İrbid Milli Universiteti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Bakı Avrasiya Universiteti ilə İordaniyanın İrbid Milli Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənədə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və İrbid Milli Universitetinin rektoru, professor Majed Abu-Zreig qol çəkib.
Razılaşma iki ali təhsil ocağı arasında akademik, elmi və institusional səviyyədə əlaqələrin gücləndirilməsinə xidmət edir. Sənəddə tərəflərin təcrübə mübadiləsini genişləndirməsi və birgə fəaliyyət göstərmək imkanlarının artırılması nəzərdə tutulub.
Sazişə əsasən aşağıdakı istiqamətlərdə əməkdaşlıq həyata keçiriləcək:
Bu addım BAAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm hesab olunur. Sənəd universitetin akademik mobillik imkanlarını artırmaqla yanaşı, birgə elmi-tədqiqat təşəbbüslərinin reallaşdırılmasına da şərait yaradacaq.
Eyni zamanda, memorandum Azərbaycan ali təhsil müəssisəsinin İordaniyanın universitetləri ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli hesab edilir.