"Neftçi"nin hücumçusu Denzel Jubitana Surinam milli komandasının heyətinə dəvət olunub.
Azərbaycan çempionu "Neftçi"nin hücumçusu Denzel Jubitana Surinam milli komandasına çağırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçunun təmsil etdiyi Surinam yığması Mərkəzi Amerika zonasının Millətlər Liqası çərçivəsində bir neçə görüşə çıxacaq.
Qeyd edək ki, Denzel Jubitana bu yay "Neftçi"yə qoşulub.