Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” yarışı ilə bağlı paytaxtın bir sıra ərazilərində ictimai nəqliyyatın hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) “Formula-1 Azərbaycan Qran-Prisi 2026” yarışı ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyat hərəkətinə məhdudiyyət qoyulacağını bildirib. Agentliyin yaydığı məlumata görə, tədbir müddətində müntəzəm və ekspres avtobus marşrutları alternativ küçələrlə hərəkət edəcək.
19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, həmçinin Neftçilər prospekti ilə hərəkət edəcək, sonra isə öz adi marşrutuna qayıdacaq.
125 nömrəli marşrut bu müddətdə Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə fəaliyyət göstərəcək. M9 ekspres marşrutunun “Həzi Aslanov” metrostansiyası istiqamətindəki hərəkəti isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti üzərindən təşkil olunacaq.
21-26 sentyabr tarixləri arasında isə 26 marşrutun hərəkət istiqaməti dəyişəcək. 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli avtobuslar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək. Bunlardan 20, 88A və 120E nömrəli marşrutların mərkəzə doğru hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri vasitəsilə həyata keçiriləcək.
M9 marşrutunun “Elmlər Akademiyası” metrostansiyasına doğru hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələrindən keçəcək, əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə öz adi marşrutuna qayıdacaq.
Bu müddətdə digər marşrutlar üçün də aşağıdakı dəyişikliklər tətbiq olunacaq:
Bununla yanaşı, agentlik 72 və E1 nömrəli marşrutların həmin dövrdə müvəqqəti olaraq dayandırılacağını da açıqlayıb.