“SİMA İmza” platforması III rüb üzrə vergi hesabatlarının təqdim olunması ərəfəsində istifadəçilərinə “6AYPULSUZ” promokodu ilə biznes imzasını ilk 6 ay ödənişsiz əldə etmək imkanı yaradıb.
“SİMA İmza” platforması III rüb üzrə vergi hesabatlarının təqdim olunması ərəfəsində istifadəçilərinə əlavə rahatlıq təklif edir. Fərdi sahibkarlar və hüquqi şəxslər bəyannamələrini məkan və vaxtdan asılı olmadan onlayn şəkildə təqdim edə bilərlər.
Platforma vasitəsilə milyonlarla rəqəmsal əməliyyat aparılır və istifadəçilər ölkənin əsas bank sistemlərinə də rahat çıxış əldə edirlər. “SİMA İmza” komandası əhatə dairəsini genişləndirmək məqsədilə yeni qurumlarla inteqrasiya işlərini davam etdirir və yaxın gələcəkdə əlavə rəqəmsal xidmətlər təqdim etməyi planlaşdırır.
Oktyabr ayı ərzində SİMA rəqəmsal imzası olan istifadəçilər aşağıdakı vergi hesabatlarını tam rəqəmsal formada, təhlükəsiz mühitdə təqdim edə bilərlər:
Tətbiq üzərindən “6AYPULSUZ” promokodunu daxil edən istifadəçilər biznes imzasına ilk 6 ay ərzində ödənişsiz sahib ola bilərlər. Promokodun etibarlılıq müddəti bitdikdən sonra abunəlik haqqı aylıq 2.40 manat, illik 25 manat və ya 3 illik 55 manat təşkil edir. Bu tariflərə əlavə heç bir gizli xərc daxil deyil.
İstifadəçilər “SİMA İmza” mobil tətbiqini yükləyərək biznes imzalarını dərhal əldə edə və hesabatlılıq dövrünü son günlərə saxlamadan rahat şəkildə tamamlaya bilərlər.
“SİMA İmza” yeni nəsil rəqəmsal imza həllidir və “AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. Bu həll istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmaq imkanı verir. Biznes imzasının əldə olunması zamanı abunə haqqından başqa heç bir gizli və ya əlavə ödəniş tələb olunmur.