Milli Hidrometeorologiya Xidməti sentyabrın 25-i saat 9:00-a olan faktiki hava şəraiti barədə açıqlama yayıb.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a aid məlumatına görə, ölkə ərazisinin əksər hissəsində hava yağmursuz olub.
Quba-Qusar bölgəsinin bəzi ərazilərində isə vaxtaşırı yağış müşahidə olunub. Qusarda düşən yağıntının miqdarı 7 millimetrə çatıb, Xaçmaz və Quba rayonlarında isə bu göstərici 1 millimetrədək qeydə alınıb.
Hazırkı hava şəraitində şimal-qərb istiqamətli külək əsir. Bakı və Abşeron yarımadasında küləyin sürəti maksimum 22 metr/saniyəyə, Neftçalada isə 20 metr/saniyəyə çatıb.