Cəlilabad rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb, sürücü yüngül xəsarət alıb.
Cəlilabad rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarında yerləşən elektrik transformatoruna çırpılıb. Qəza köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, sürücü avtomobilə nəzarəti itirərək yolun kənarına çıxıb və elektrik transformatoruna çırpılıb. Toqquşma nəticəsində avtomobili idarə edən şəxs yüngül bədən xəsarəti alıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Qəzanın dəqiq səbəbləri müəyyən edilir.