Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-də isə günün birinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə vaxtaşırı yağış yağacağı gözlənilir.

Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntı qısamüddətli olsa da, leysan xarakterli və intensiv keçə bilər. Bununla yanaşı, şimşək çaxması və dolu düşməsi ehtimalı da istisna edilmir.
Gözlənilən yağıntılı hava şəraiti nəticəsində çaylarda sululuğun artacağı proqnozlaşdırılır. Bildirilib ki, Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi ehtimal olunur.