Xocavəndin Qaradağlı kəndi ərazisində iki minik avtomobili toqquşub, nəticədə iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xocavənd rayonunun Qaradağlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Qəza hərəkətdə olan iki minik avtomobilinin toqquşması səbəbindən baş verib.
Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Elnur Eldar oğlu Qarayev və 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Örənqala kənd sakini Səxavət Ələm oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərər çəkən hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.