ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynadan olan uşaqların öz ailələri ilə yenidən görüşdürülməsi prosesində yeni mərhələyə start verildiyini bildirib.
ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, Rusiya və Ukraynadan olan uşaqların ailələri ilə yenidən birləşdirilməsi istiqamətində iş davam etdirilir və hazırda bu prosesin növbəti mərhələsi üzərində çalışılır. Açıqlama "Fox News" telekanalına verdiyi müsahibədə səslənib.
Birinci xanım qeyd edib ki, Rusiya və Ukrayna ilə birbaşa əlaqə xətti mövcuddur və bu istiqamətdə onun nümayəndəsi ardıcıl iş aparır.
“Rusiya və Ukrayna ilə birbaşa əlaqə kanalımız mövcuddur. Nümayəndəm bu məsələ üzərində işləyir. Biz də ailələrin yenidən birləşdirilməsi istiqamətində növbəti addımlar atırıq”, - deyə o bildirib.
Melaniya Tramp həmçinin bildirib ki, ailələrin qovuşdurulması prosesinə cəlb olunan bütün tərəflər qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir və aralarında müsbət münasibətlər qorunub saxlanılır.
Birinci xanımın sözlərinə görə, hazırda bu məsələ onun üçün ən vacib prioritet sayılır.