Siyəzən rayonunda "Mercedes" markalı yük avtomobili "Opel" markalı minik maşını ilə toqquşaraq yolun kənarına aşıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət alıb.
Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzaya "Mercedes" markalı yük avtomobili qarışıb.
Hərəkət zamanı yük avtomobilinin sürücüsü nəzarəti saxlaya bilməyib. Bunun nəticəsində "Mercedes" əvvəlcə "Opel" markalı minik avtomobili ilə toqquşub, ardınca isə yolun kənarına aşıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü bədən xəsarəti alıb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.